Ədliyyə Nazirliyində 24.12.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış "Az-Nar" QSC-nin səhmdarlarının 25 oktyabr 2017-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin tələblərinə uyğun olaraq şirkətin ləğv edilməsi elan edilib.
Oxu.Az "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, "Az-Nar" QSC-nin debitor və kreditorları bu barədə xəbərdar edilir və qanunla kreditorlarının tələblərinin bildirilməsi bu elan dərc edildiyi andan 70 gün müddətində müəyyən edilir.
L.Ə.