Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AZAL daha bir çarter reysi ilə Türkiyənin üç şəhərində qalmış vətəndaşlarımızı vətənə qaytardı
Azərbaycanın Milli aviadaşıyıcısı AZAL martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.
Şirkətdən Oxu.Az-a verilən məlumata görə, Antalya - Bakı reysi ilə 107 nəfər sərnişin vətənə gətirilib. Həmin təyyarə ilə Türkiyənin üç şəhərində - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıdıblar.
Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti: "Biz obyektivlik tələb edirik"
- İlham Əliyev: "Hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib"
- Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif edib
- Heydər Əliyev Hava Limanından Varşavaya uçuş ləğv edildi - TEXNİKİ NASAZLIQ
- AZAL təyyarəsinin gövdəsinin içindən və xaricindən yeni görüntülər: Fotolar nəyi sübut edir?
Ən çox oxunanlar