Dövlət bankı “Azər Türk Bank” 11 yanvar tarixindən etibarən yeni kampaniyaya başlayır.
Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən “Azər Türk Bank” nəzərdə tutulmuş yeniliklərlə müştərilərini yeni ildə də sevindirəcək.
Bu sıradan olan ilk yenilik xarici ölkələrə səyahət etmək istəyənlər üçün nəzərdə tutulub.
Belə ki, səyahət etmək arzusunda olan şəxslər “Azər Türk Bank”a gəlib, istənilən valyutada kart hesabı açdıraraq, bu hesaba minimum 500 AZN/USD/EUR məbləğində vəsait mədaxil etməklə, heç bir ödənişsiz MasterCard Gold kartına sahib ola biləcəklər. Eləcə də, 1 000, 10 000, 20 000 AZN/USD/EUR həcmində vəsaiti öz kart hesabına yatıran müştərilərə, müvafiq olaraq, Mastercard Platinum, Visa İnfinite, Mastercard World Elite kartları bank tərəfindən hədiyyə ediləcək.
Xatırladırıq ki, “Azər Türk Bank”ın kart müştərisi olmaq üçün banka gəlmədən onlayn kart sifarişi də mümkündür. Bu zaman öncədən ödənişə ehtiyac yoxdur. Müştəri hazır kartı almaq üçün banka gəldiyi zaman ödənişi həyata keçirəcək.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.