Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə köməklik edən dövlət bankı "Azər Türk Bank" bu dəfə hamı üçün sığortasız "İstehlak" krediti təklif edir. Müştərilər öz gəlirlərini təsdiqləməklə, bu kredit növündən 36 aylıq müddətə faydalana bilərlər. Kreditin maksimal məbləği 15 000 AZN-dir. İllik faiz dərəcəsi AZN üçün 26-29%, USD üçün isə 15-18% təşkil edir. Kredit növü ilə ətraflı olaraq bu linkdən tanış olmaq olar: http://azerturkbank.az/loans/consumer/info/
Müştərilər Bankın bu kredit növündən başqa əməkhaqqı müştəriləri üçün Korporativ kredit, "Madame Coco" və "Decoria" mağazalarından alış-veriş etmək istəyənlər üçün zaminsiz kredit, yalnız şəxsiyyət vəsiqəsilə Əmanət qarşılığında kredit, İpoteka krediti və Ödəniş kartı vasitəsilə açılan kredit xəttindən də yararlana bilərlər.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.