Makroiqtisadi proqnozlara əsasən, 2015-ci ildə 26,8 milyard dollar həcmində malların ixracı proqnozlaşdırılır.
Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunur ki, bunun da 2,7 milyard dollar qeyri-neft sektorunun payına düşəcək.
Qeyri-neft sektoru üzrə ixracın həcmi 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 0,9 milyard dollar, 2014-cü ilin proqnozu ilə müqayisədə 0,5 milyard dollar çox nəzərdə tutulur.
Nazirliyin proqnozuna görə, idxalın həcmi 11,1 milyard dollar həcmində olacaq, bunun da 9,5 milyard dolları və ya 85,2 faizi qeyri-neft sektorunun payına düşəcək.