“Silk Way Airlines” Azərbaycan avia şirkəti iki “Boeing 747-8” alıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Boeing” şirkətinin saytında bildirilib.
Məlumatda qeyd edilib ki, təyyarənin biri azərbaycan avia şirkətinə keçən həftə, ikincisi isə avqust ayının 28-də verilib.
Müasir “Boeing 747-8” təyyarələri “Boeing-747-400”-dən 16% daha tutumludurlar.
Bu günə qədər müxtəlif aviaşirkətlərə 49 “Boeing 747-8” yük təyyarəsi çatdırılıb.