Azərbaycan Nazirlər Kabinetinin 2014-cü il 16 may tarixli 148 nömrəli qərarı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı artırılıb.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu qərarla 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərara “Azərbaycan Dəmir Yolları” QSC-nin müddəa və strukturunun təsdiqlənməsinə dair müvafiq düzəlişlər edilib.
Düzəlişlərə müvafiq olaraq, cəmiyyətin nizamnamə kapitalı 599 milyon manatdan 726,146 milyon manata (726146,366 min manat) qədər artırılıb.
Müvafiq olaraq QSC səhmlərinin sayı 299,5 milyondan 363,073 milyon ədədə (363073,183 min səhm) qədər artıb, bu zaman onların nominalı 2 manat səviyyəsindədir.