Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının 9 fevral 2017-ci il tarixli iclası Protokolun imzalanması ilə başa çatıb.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
Qeyd edək ki, fevralın 9-da Azərbaycan Respublikası ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan nümayəndə heyətinə Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Gürcüstanın nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtomobil və yük daşımaları sahəsində inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
U.A.
www.oxu.az