“Azərbaycan OPEK və təşkilata üzv olmayan ölkələrin görüşündə neft hasilatının azaldılması üzrə konkret təkliflər irəli sürəcək”.
Oxu.Az-ın məlumatına görə, Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin nümayəndəsi deyib.
Məlumatda deyilir: “Azərbaycan öz neft hasilatı kvotasını Rusiya və OPEK-ə daxil olmayan digər ölkələrin nəzərdə tutduğu hasilat azalmasının faiz nisbətinə uyğun olaraq müəyyən etməyi planlaşdırır”.
Qeyd edək ki, OPEK-in digər ölkələrlə görüşü noyabrın 30-da Moskvada keçirilməli idi, lakin sonradan görüş təxirə salınıb və dekabrın 10-da Vyanada keçiriləcək.
U.A.
www.oxu.az