Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından bu ilin iki ayı ərzində 993 mln. ABŞ dolları həcmində vəsait daxil olub.
Bu barədə Oxu.Az-a Fonddan bildirilib.
SOFAZ-a “AÇG” yataqları üzrə mənfəət neftinin satışından 2001-ci ildən 2017-ci il martın 1-dək ümumilikdə 123 mlrd. 102 mln. dollar vəsait daxil olub.
U.A.
www.oxu.az