Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) Xəzərin Azərbaycan sektorundan yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından 2016-cı ildə ümumilikdə 5 milyard 164 milyon dollar həcmində vəsait daxil olub.
Fonddan Oxu.Az-a verilən məlumata görə, bu məbləğin 5 milyard 100 milyon dolları AÇG-dən mənfəət nefti, 64 milyon dolları isə “Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunub.
Ümumilikdə, 2001-ci ildən 2017-cı il yanvarın 1-dək SOFAZ-a AÇG-dən 122 milyard 109 milyon dollar, 2007-ci ildən “Şahdəniz” yatağından isə 2 milyard 506 milyon dollar vəsait daxil olub.
Beləliklə, ümumilikdə iki layihədən Dövlət Neft Fonduna 124 milyard 615 milyon dollar vəsait daxil olub.
U.A.
www.oxu.az