Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Azərbaycan Serbiya ilə birgə layihələrin həyata keçirilməsini müzakirə edib](https://images.oxu.az/2024/12/10/bsxxXLfU7pD0Nx8UlGybUxRmI5umdoy7HXBXmfS7:1200.jpg)
Azərbaycan Serbiya ilə birgə layihələrin həyata keçirilməsini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın baş nazirinin birinci müavini, Maliyyə naziri Sinişa Mali ilə videokonfrans formatında görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinə töhfəsi, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır.
Tərəflər energetika sektorunda birgə layihələrin həyata keçirilməsi, ticarət, investisiya, sənaye, infrastruktur sahələrində əməkdaşlıq potensialından istifadə ilə bağlı məsələləri müzakirə ediblər.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Patrik Puyanne ilə görüşüb
- Mikayıl Cabbarov Davosda "Ticarət və İnvestisiya Rəhbərliyi Naharı" sessiyasında iştirak edib
- Azərbaycan və "Vestas Wind Systems A/S" külək enerjisi əməkdaşlığını müzakirə edib
- Azərbaycanla BP arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb
- WEF: "Azərbaycan rəqəmsal investisiya cəlbediciliyini gücləndirir"