İBA-Express Beynəlxalq pul köçürmələri sisteminin daxil olduğu “MBA-Moskva” bankı son illərdə Azərbaycan və Rusiya arasında pul köçürmələrinin azaldığını vurğulayıb.
Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, “MBA-Moskva” Bankının strateji inkişaf və marketinq İdarəsinin rəisi Leonid Mileyevin bildirdiyinə görə, 2013-cü ildə Rusiya və Azərbaycan arasında İBA-Express ödəmə şəbəkəsindən istifadə edilən pul köçürmələrinin məbləği 37 mindən ibarət olub, 2012-ci ildə isə bu göstərici 48 min, 2011-ci ildə isə 58 min olub.
Köçürmələrin sayının enməsi 2010-cu ildən müşahidə edilir, həmin il köçürmələr pik həddə çataraq 67 mindən ibarət olub.
Pul ilə ifadə etsək, İBA-Express-in köməyi ilə Rusiya və Azərbaycan arasında köçürmələr 2013-cü ildə 55 min dollardan ibarət olub, bu göstərici 2012-ci ildə 71 milyon dollar və 2011-ci ildə isə 74 milyon dollar olub.
Pik nöqtə köçürmələrin həddi 113 milyon dollara çatdığı 2008-ci il olub.
Ödənilən və göndərilən köçürmələrin summar həcmi 2013-cü ildə 44 milyon dollar, avro və rublda 1,239 milyon və 211 milyon olub.