Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Respublika ərazisində yollarda xətlənmə işləri, simvollar və boyalar satın alır.
Oxu.Az-ın məlumatına görə, bu məqsədlə agentlik tərəfindən 36 milyon 795 min 293 manat 87 qəpik ödəniş edilməsi nəzərdə tutulur.
Məlumata görə, AYNA bu məbləğ müqabilində iki milyon kvadratmetr düz xətt (soyuq boya), 100 kvadratmetr düz xətt (termoplastik isti boya), 49 458 kvadratmetr soyuq boya ilə əl işləri, 41 000 kvadratmetr xətlərin silinməsi (su jeti texnikası ilə), 2 000 kvadratmetr xətlərin silinməsi (qara boya ilə), 130 kvadratmetr yerə yapışan simvollar əldə etmiş olacaq.
Təkliflərin son təqdim olunma tarixi və vaxtı martın 5-də saat 18:00-dır.
Rəşid Qarayev