Azərbaycanda 3 manatlıq əsginaslar çap edilməlidir.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, belə bir təkliflə Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Yevda Abramov çıxış edib.
Onun sözlərinə görə, bu gün cəmiyyətdə xırda pul problemi müşahidə olunur:
“5 manatlıq əsginası xırdalamaq üçün görün nə qədər 1 manatlıq lazımdır. Düşünürəm ki, 3 manatlıq əsginas çap olunsa, nə qədər manatlıq əsginasın çap olunmasına qənaət edilər”.
Millət vəkili Mərkəzi Bankının sədri Elman Rüstəmova bunu nəzərdən keçirməyi təklif edib.