Avtomobil sahibi olan ortastatistik azərbaycanlı avtomobilinə 166 min manat pul xərcləyir. Bu məbləğin şəhər sakinləri üçün aylıq göstəricisi 200-220 manat, əyalət sakinləri üçün isə 70-80 azn-dir. Əsas xərc yanacağa çəkilir, sonra təmirə və üçüncü yerdə isə cərimələrdir. Bizim ölkədə avtomobilin orta “həyat” müddəti 8-10 ildir, sonra artıq maşını dəyişmək gəkdir.
Oxu.Az “Exo” qəzetinə istinadən bildirir ki, bu haqda məlumatı MBA Consulting baş direktoru Nüsrət İbrahimov verib.
Onun sözlərinə görə, köhnə maşınların təmiri baha başa gəlir. Köhnə maşını satıb üstünə pul əlavə edərək yenisini almaq daha sərfəlidir. Çünki yeni avtomobillərdən ümumi təmirsiz 3-4 il istifadə etmək olar, köhnə maşını isə hər ay servisə aparmalı olacaqsız. Bu isə minimum 50 manata başa gələcək.
“Ən qənaətli maşınlar isi yanacaqdan az istifadə olunan maşınlardır. Mühərrik həcmi 1200-dən 1500 qədər olan. Onlar 4,5 litrdən 7 litrə qədər yanacaq xərcləyirlər, bu isə sərfəlidir” – deyə ekspert qeyd edib.
Sorğu zamanı ekspertlər i/o avtomobilin qiymətini dəqiq deməkdə çətinlik çəkdiklərini söylədilər, çünki hər şey vəziyyətdən asılıdır.
Maşın alarkən bəzi amillərə: yanacaq xərcləməsinə, ehtiyyat hissələrini qiymətinə, YHH nəticələrinin aradan qaldırılmasına və zəmanət müddətinə diqqət yetirmək lazımdır.
Hətta büdcə avtomobili üçün belə hər ay yüklü məbləğ (50 manatdan 200 manata qədər) ödəmək lazım olur, belə ki, əgər ailənin gəliri yüksək deyilsə, maşın almaq praktiki olaraq taksidə gəzməyə bərabərdir.