Türkiyənin “Ziraat Banka”sı Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.
Oxu.Az-ın məlumatına görə, “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ziraat Banka”nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçirdiyi mətbuat konfransında deyib.
Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın “Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”, - deyib.
Qeyd edək ki, “Ziraat Banka”nın Azərbaycanda “Azər-Türk Bank”da səhmləri mövcuddur. Ölkədəki “Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin “Ziraat Banka”sına məxsusdur.
U.A.
www.oxu.az