“Azərbaycanda defolt (öhdəliklərin yerinə yetirilməməsi - red.) olmayacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Fuad Əlizadə bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında deyib.
“Ölkədə valyuta ehtiyatlarının həcmi daxili borcu üstələyir. Həm Mərkəzi Bankın valyuta ehtiyatları, həm də Dövlət Neft Fondunun ehtiyatları artır. Ona görə də Azərbaycanda defolt söhbəti ola bilməz”.
F.Əlizadə neftin qiymətinin bundan sonra 50 dollardan kəskin aşağı düşəcəyini də gözləmədiyini vurğulayıb.
O həmçinin gələcəkdə Azərbaycanda valyuta ehtiyatlarının artacağını da proqnozlaşdırır.
Qeyd edək ki, 2016-cı il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 7 milyard 448,7 milyon dollar (11 milyard 486,6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21% təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az