Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin sonunadək telekommunikasiya sahəsində müstəqil tənzimləyici orqanın işini təşkil etmək niyyətindədir.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nazir Əli Abbasov bildirib.
Onun sözlərinə görə, işlərin nazirlikdəki ümumi islahatlar çərçivəsində həyata keçirilməsi planlaşdırılır:
“Hazırda nazirlik yanında Tənzimləyici Departament fəaliyyət göstərir. Biz onun öz nizamnaməsi ilə müstəqil fəaliyyət göstərməsini və bazardakı tənzimləmə məsələlərində nazirlikdən maksimum az asılı olmasını istəyirik”.