Azərbaycan hökuməti mənzil-kommunal islahatların keçirilməsi sahəsində ciddi irəliləyiş hazırlayır.
Oxu.Az xəbər verir ki, bu barədə Fineko/abc.az-a hökumət mənbələrindən məlum olub.
Məlumata görə, hazırlanan geniş mənzil-kommunal islahatı bir sıra qeyri-standart addımların atılmasını tələb edəcək.
“Belə ki, əhalinin özəlləşdirmə prosesini başa çatdırmaq üçün ciddi qərarlar qəbul olunmalıdır. Bu sahədə tədbirlərdən biri müəyyən müddətədək özəlləşdirilməmiş mənzillərin sosial mənzil dərəcəsinə keçəcəyi və həmin mənzillərdə məskunlaşmış sakinlərin onları özəlləşdirmək, miras qoymaq və satmaq hüququnu itərəcəyi barədə rəsmi elanın verilməsi ola bilər” – deyə, mənbə vurğulayıb.
Məsələ onunla əlaqədar aktualdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən ölkədə mənzil fondunun 70%-dən az hissəsi, və yalnız iki çoxmənzilli bina tam özəlləşdirilib (yalnız həmin iki binanın bütün sakinləri öz evlərini özəlləşdiriblər). Bu isə öz növbəsində mənzil sahibları birlikləri sistemini inkişaf etdirməyə imkan vermir.
“İslahatın aparılması həm də kommunal xidmətlər üzrə düzgün tariflərin tətbiqinə gətirəcək” – deyə, mənbə bildirib.
İslahat 2009-cu ildən, Mənzil Məcəlləsinin qəbul olunduğu vaxtdan hazırlanır.