Azərbaycanda qızıl istehsal edən Anglo-Asian Mining (ААМ) şirkəti cari ilin sonuna qızılın bir unsiyasının istehsal dəyərini azaltmağa ümid edir.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən Trend-ə bildiriblər.
Şirkətin İdarə Heyəti əlavə mis tədarükü haqqında bağlanılmış müqavilələrlə əlaqədar qızıl istehsalının bir unsiyasının istehsal qiymətinin 450-500 dollaradək azalacağını gözləyir, məlumatda deyilir.
Əvvəllrə şirkət Amerikanın Seagate Minerals and Metals Inc şirkəti ilə 750 ton mis konsentratının tədarükü haqqında müqavilə bağlamışdı.
Azərbaycan hökuməti ilə məhsulun pay bölgüsü haqqında sazişin (PSA) şərtlərinə görə, Anglo Asian Mining ümumi sahəsi iki min kvadrat kilometrə yaxın olan, üç müqavilə sahəsini (“Qoşa”, “Gədəbəy” və “Ordubad”) özündə birləşdirən ərazidə mineral ehtiyatların kəşfiyyatı və hasilatını həyata keçirmək hüququna malikdir.
Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misə bərabərdir.