2014-cü ilin I yarısında Azərbaycanda istismara verilən yaşayış yerinin ümumi sahəsi 824,6 min kv/m olub, bu isə keçən ilin analoji dövrü üçün olan göstəricidən 10,2% azdır.
Oxu.Az “İnterfaks-Azerbyadjan”-a istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.
Statistik məlumata görə, 2014-cü ilin iyun ayında Azərbaycanda 201,9 min kv/m sahə istismara verilib.
Statistik məlumata görə, 2014-cü ilin yanvar-iyun ayında Azərbaycanda 2,640 min yerlik orta təhsil məktəbləri istismar üçün təhvil verilib.
Bundan başqa, hesabat dövründə 627 yerlik məktəbəqədər müəssisələr, 200 yerlik xəstəxana istismara verilib.
Öncədən xəbər verildiyi kimi Azərbaycanda 2013-cü ildə istismara verilmiş ümumi yaşayış sahəsi 2 milyon 138,8 min kv/m-dən ibarət olub.