Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi (bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla) 21 milyard 870.9 milyon kubmetr təşkil edib.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, təbii qaz üzrə ehtiyatların 27.5%-i ölkə daxilində istehlak edilib, 59.8%-i ixrac olunub, 2.5%-i itkiyə gedib, 10.2%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 59.8%-i istehsal ehtiyaclarına sərf edilib, 40.2%-i isə əhaliyə satılıb.
Yanvar-iyun aylarında 13 milyard 79.6 milyon kubmetr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.8% çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2 milyard 420.4 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.2% az təbii qaz istehlak edilib, onun 37.9%-i Bakı şəhərinin, 3.1%-i Naxçıvan Muxtar Respublikasının, 11.7%-i Abşeron-Xızı, 6.0%-i Gəncə-Daşkəsən, hər biri 5.7% olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5.5%-i Qazax-Tovuz, 5.0%-i Şəki-Zaqatala, 4.9%-i Quba-Xaçmaz, 4.6%-i Qarabağ, 3.8%-i Mil-Muğan, 3.6%-i Şirvan-Salyan, 2.5%-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
"Dövlət Statistika Komitəsi" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
- Ambulator müalicə alan xəstələrə ŞAD XƏBƏR: Sağlamlıq təminatı yeni mərhələyə qədəm qoyur
- Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ARTDI
- Azərbaycanda mənzillərin qiyməti ötən illə müqayisədə artıb
- Bu ilin yanvar-fevral ayında Azərbaycanda 10 mindən çox ölüm halı qeydə alınıb