Oxu.Az Dövlət Gömrük Komitəsinin 2016-cı ilin yanvar-mart ayları üçün hazırladığı statistikaya əsasən, cari ilin son 3 ayında Azərbaycanın əsas ixrac məhsullarının artım-azalma tendensiyası təhlil edilib.
Həmin cədvəli sizə təqdim edirik.
| Malların adı | Bir ildə azalma və artım | 2016-cı ilin ilk 3 ayının ümumi ixracına nisbətən faizlə |
| Xam neft | 50,46 azalma | 76,01 |
| Neft məhsulları (2710 mal kodu üzrə) | 41,70 azalma | 4,79 |
| Təbii qaz | 25,81% artım | 5,36 |
| Meyvə-tərəvəz | 20,33% artım | 2,43 |
| Çay | 69,95% azalma | 0,08 |
| Bitki və heyvan mənşəli piylər və yağlar | 90,75% azalma | 0,21 |
| Şəkər | 75,45% azalma | 0,48 |
| Spirtli və spirtsiz içkilər | 49,42 azalma | 0,14 |
| Kimya sənayesi məhsulları | 87,09% azalma | 0,29 |
| Plastmassa və onlardan hazırlanan məmulatlar | 10,08% artım | 1,45 |
| Pambıq iplik | 152% artım | 0,22 |
| Qara metallar və onlardan hazırlanan məmulatlar | 197% artım | 1,22 |
| Alüminium və ondan hazırlanan məmulatlar | 4,93% azalma | 1,17 |
Qeyd edək ki, Azərbaycandan müvafiq dövrdə 1 milyard 780 milyon 619 min ABŞ dollar həcmində məhsul ixrac edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 47,38% azalma deməkdir. İxrac olunan məhsulların çeşidlərinin sayı isə 1 249 ədəd olub.
Ülviyyə R. Əli
www.oxu.az