Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü il oktyabrın 1-nə 13 262,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə nisbətən 1 756,2 mln. dollar və ya 15,3% çoxdur.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, AMB-dən verilən məlumata görə, təkcə bu ilin sentyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 303,8 mln. dollar və ya 2,3% artıb:
Cədvəldən göründüyü kimi, bu il ərzində valyuta ehtiyatlarının dinamikası mülayim artım nümayiş etdirir.
