2014-cü il ərzində əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4.8 faiz artaraq 39.4 milyard manata, əhalinin hər nəfərə düşən məbləği isə 3.5 faiz artaraq 4180.5 manata çatıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda göstərilir ki, gəlirlərin 68.8 faizi son istehlaka, 8.7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.