Bakıda əsas yollardan birinin təmirinə start verilib.
Oxu.Az AzNews-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, paytaxtın Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsinə qədər olan hissəsinin təmirinə başlanıb:
“Hazırda yolun kənarındakı köhnə bardürlərin sökülməsi işləri həyata keçirilir. Bundan sonra onlar yeniləri ilə əvəz olunacaq. Daha sonra isə yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenilənməsi işləri həyata keçiriləcək”.