Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək.
Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Ağaverdi Paşayevdir.
Yubiley tədbiri aprel ayının 9-da baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az