Bakı şəhər Baş Polis İdarəsi aprelin 2-i saat 21.00 radələrində Xəzər rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Mərdəkan yolunda Bakı şəhər sakinləri 1966-cı il təvəllüdlü Namiq Əliyev idarə etdiyi “Toyota-Prado” markalı avtomobillə 1992-ci il təvəllüdlü Türkanə Zərbəliyevanı, qızı 2009-cu il təvəllüdlü Rəna Emil qızını və bacısı 1995-ci il təvəllüdlü Xədicə Rəşidovanı vurub.
Onlar xəsarətlə 3 saylı xəstəxanaya daxil olub, T.Zərbəliyeva xəstəxanada ölüb.
11:00
Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Mərdəkan yolunda “Tayota Prado” markalı avtomobil 1992-ci il təvəllüdlü Türkan Zərbəliyevanı vurub.
Zərbənin gücündən piyada 20-25 metr aralıya düşüb və hadisə yerindəcə keçinib.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.