Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda keçirilən tədbirdə dünyanın altı bölgəsinin gənclərini birləşdirmək təklifi verildi
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) on birinci günündə Yaşıl Zonada "Təbiətə əsaslanan həllər (NBS) üçün Gənclər Koalisiyasının 6 regionda gücləndirilməsi" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir həmrəyliyi təşviq etmək və regional iqlim strategiyalarını inkişaf etdirmək üçün 6 regionda - Yaxın Şərq və Afrika, Latın Amerikası və Karib hövzəsi, Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda gəncləri birləşdirmək məqsədi daşıyır.
Təbiətə əsaslanan həllərdən istifadə etməklə, gənc liderlər yerli ekoloji problemlərin həlli və icmalarında dayanıqlı dəyişikliklərin aparılması üçün birgə fikirlər bildiriblər. Tədbirdə Zineb Jaudet, Lukas Marks, Paloma Kosta, Henna Hundal çıxış edib, bu təşəbbüsün əhəmiyyətindən danışıblar.
Xanım Aydın
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"