Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-də hindistanlı milyarderə qarşı ittiham irəli sürüldü
ABŞ-nin Nyu-York şəhərində rayon prokuroru hindistanlı milyarder Qautam Adaniyə qarşı Hindistan rəsmilərinə verilən çoxmilyonluq rüşvət işi üzrə ittiham irəli sürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" məhkəmə sənədlərinə istinadən məlumat verib.
Məlumata görə, hakim Qautam Adani və onun qardaşı oğlu Saqar Adani barəsində həbs qərarı verib və prokurorlar onların ABŞ hüdudlarından kənarda həbsinə nail olmaq niyyətindədirlər.
ABŞ prokurorluğu hesab edir ki, bu işə ABŞ məhkəməsi tərəfindən baxılmalı və araşdırılmalıdır. Çünki istintaqa görə, Qautam Adani və onun işçiləri Hindistan məmurlarına yaşıl enerji ilə məşğul olan şirkətləri üçün sərfəli müqavilələr müqabilində 250 milyon dollar rüşvət veriblər, bu şirkət üçün üç milyard dollar həcmində investisiyaları isə eyni zamanda ABŞ investorlarından da əldə ediblər.
Şirkət, həmçinin, kifayət qədər gəlirli olacağına söz da verib: 20 il ərzində iki milyard dollara qədər.
ABŞ-nin Nyu-Yorkun Şərq dairəsi üzrə prokuroru Brion Pisin fikrincə, Adani və onun işçiləri ABŞ-li investorları aldadıblar ki, onların müəssisələri korrupsiya ilə məşğul deyil və onlara qarşı irəli sürülən fırıldaqçılıq ittihamının mahiyyəti də bundan ibarətdir.
"Müttəhimlər milyardlarla dollarlıq müqavilələr əldə etmək üçün Hindistan hökumətinin məmurlarına rüşvət vermək məqsədilə mürəkkəb bir sxem hazırlayıblar və bu sxem haqqında yalan danışıblar ki, ABŞ və xarici investorlardan kapital toplaya bilsinlər", - deyə Pis ittiham aktını elan edərkən bildirib.
Qeyd edək ki, 62 yaşlı Qautam Adaninin sərvəti təxminən 70 milyard dollar dəyərində qiymətləndirilir. Adani Baş nazir Narendra Modi və onun hökuməti ilə sıx əlaqə saxlayır, müxalifət isə onları günahlandırır ki, bu əlaqələr nəticəsində Adaninin şirkətləri gəlirli müqavilələr əldə ediblər.
"Adani Group" konserni hələlik iddialara münasibət bildirməyib.
Xatırladaq ki, konsernin ABŞ-dəki problemləri hələ 2023-cü ilin yanvarında - "Hindenburg Research" analitik şirkəti onu qiymətli kağızların buraxılışı ilə bağlı fırıldaqçılıqda ittiham etdikdən sonra başlayıb. Prokurorluq iddia edir ki, konsernin fəaliyyətini hələ 2022-ci ildə araşdırmağa başlayıb.
Bildirək ki, ABŞ-də bölgə prokurorları prezident tərəfindən təyin edilir və rayon prokuroru Brion Pis də 2021-ci ildə Prezident Co Bayden tərəfindən təyin edilib.
Həmçinin nəzərə çatdıraq ki, Qautam Adani, həmçinin, sosial şəbəkələrdə Donald Trampı seçilməsi münasibətilə təbrik edib və ABŞ-yə 10 milyard dollar investisiya yatıracağına söz verib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Trampın Putinə Ukrayna münaqişəsi ilə bağlı güzəştə getmək niyyəti yoxdur
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- ABŞ-də güclü yanğın: Məşhur ulduzların evləri alova büründü - 100 mindən çox sakin təxliyə edildi
- ABŞ-li aparıcıdan maraqlı ifadə: "Kanadanı işğal etmək istəyirəm"
- ABŞ-də güclü yanğınlar səbəbindən aktyorluq sənəti üzrə mükafatlandırma mərasimi ləğv edildi
Rəylər