Heydər Əliyev adına Bakı neft emalı zavodunun üç qurğusunda paralel olaraq təmir işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, katalitik riforminq qurğusunda, katalitik krekinqin 100-cü bölməsində və 43 nömrəli tədrici koks qurğusunun birinci axınında həyata keçiriləcək təmirin yerinə yetirilməsi məqsədi ilə texniki-təşkilati, təchizat məsələləri müəyyən edilib, qüsurlar cədvəli tərtib olunub.
Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sexi tərəfindən həyata keçirilir.
Bundan başqa, yaxın günlərdə zavodun əsas qurğularından sayılan neftin ilkin emalı üzrə ED-AV-6 qurğusunun əsaslı təmirə saxlanılacağı nəzərdə tutulur.
Gülnarə Zeynalova
www.oxu.az