Bakı şəhəri Suraxanı qəsəbəsində su borusu fontan vurub.
Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə həmin ərazidə yaşayan Rafiq Hüseynov verib.
Onun bildirdiyinə görə, Yeni Günəşli qəsəbəsi V massivində yeni çəkilən su borusu təzyiqə dözməyib və axşam saat 21:00 radələrində partlayıb.
Şəkildən göründüyü kimi, suyun hündürlüyü 6-cı mərtəbəyə çatıb.
Hadisə yerindən çəkilmiş fotoları oxucularımıza təqdim edirik.

www.oxu.az