Bakının Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsində yeni yol çəkilib və istismara verilib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, yeni yol Nəsib Bəy Yusifbəyli küçəsindən Hənifə Ələsgərov (Heydər Əliyev adına idman-konsert kompleksinin qarşısında) küçəsi ilə kəsişməyədək çəkilib.
Bu yol Cəlil Məmmədquluzadə küçəsini ötmək üçün inşa olunub, çünki həmin küçədə Bakı metrosunun “bənövşəyi” xəttinin yeni stansiyası inşa olunur və yol bağlıdır (qeyd edək ki, maps.google.com C.Məmmədquluzadə küçəsinin adını səhvən H.Ələsgərov küçəsi kimi göstərir).