Azərbaycan ərazisində oktyabr ayına olan hava proqnozu açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir dərəcə aşağı olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 10-14, gündüzlər 17-22 dərəcə isti olacaq, bəzi günlərdə 24-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-15 dərəcə isti olacağı gözlənilir ki.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-15 dərəcə istiolacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 6-11, ayın ikinci yarısında 2-4, gündüzlər 14-19, ayın ikinci yarısında 5-10 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir.