ABŞ Ordusunun Əfqanıstandan çıxarılan hərbi texnikasının bir hissəsinin Azərbaycan ərazisindən keçməklə Avropaya daşınır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, texnikanın Azərbaycan ərazisi ilə çıxarılması prosesinə bir müddətdir, başlanıb. Qazaxıstanın Aktau limanına gətirilən ABŞ-a məxsus yüklər və hərbi texnikalar buradan bərə vasitəsi ilə Azərbaycana gətirilir.
Azərbaycandan isə nəqliyyat vasitələri və dəmir yolu ilə Gürcüstanın Poti limanına daşınır. Sentyabrın 28-də hərbi texnikalarla yüklənmiş daha bir maşın karvanının Bakıdan qərb istiqamətində hərəkəti müşahidə olunub.
Qeyd edək ki, artıq ABŞ hərbi texnikalarının Azərbaycan ərazisindən daşındığını əks etdirən fotolar da yayılıb.