Voronej vaqon təmiri zavodunda təmirdən keçmiş vaqonlar Bakıya gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Day.Az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, Voronej vaqon təmiri zavounda 16 vaqon göndərilib və artıq həmin vaqonlardan 6-sı Bakıya gətirilib.
“Vaqonlar “Bakı-Balakən” marşrutu ilə hərəkət edən qatara qoşulublar. Bu gün 6 yeni vaqondan ibarət həmin qatar reysə buraxılıb. Bundan başqa, əsaslı təmir üçün Dneporpetrovsk vaqon təmiri zavodunda daha 60 vaqon göndərilib və onlardan 46-sı artıq təmirdən keçərək, Bakıya qaytarılıb” – deyə, N.Əzməmmədov deyib.
Bu vaqonlar “Bakı-Tbilisi”, “Bakı-Moskva”, “Bakı-Xarkov” marşrutu ilə hərəkət edən qatarlara qoşulublar, deyə, mətbuat xidmətinin rəhbəri vurğulayıb.