Cari ilin 5 ayında banklar müştərilərə 14 378,6 mln. manat kredit verib.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə kredit portfeli 10 faizə yaxın kiçilib.
Aprel ayına nisbətdə isə bank kreditləri 655,4 mln. manat - 4,36 faiz azalıb.
Bankların depozit portfeli 16 651,3 mln. manat olub. Bu da 1,5 faiz artım deməkdir. Depozit portfelinin 6 820,1 mln. manatı fiziki şəxslərin depozitləri, 9 831,1,4 mln. manatını isə hüquqi şəxslərin depozitləri olub.
Bu ilin beş ayında bankların faiz gəlirləri 432,2 mln. manat, faiz xərcləri isə 407,5 mln. manat təşkil edib. Bankların Mərkəzi Bank qarşısında öhdəliyi 683,3 mln. manat olub. Beləliklə bankların MB-ya öhdəlikləri 59,7 faiz azalıb.
L.Ə.