2017-ci ilin birinci rübünün nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 29 mlrd. 980,1 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 219,9 mln. manat təşkil edib.
Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 760,2 mln. manatdır.
Əhalinin əmanətləri 6 mlrd. 889,2 mln. manat həcmindədir.
Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2 min 471-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 min 312 nəfər təşkil edir.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2 min 726 nəfər təşkil edir.
U.A.
www.oxu.az