Venesuelanın Milli Tələbə Hərəkatının Ansoategi ştatının Texniki Universitetindəki bölməsinin rəhbəri Xuan Lopes naməlum cinayətkar tərəfindən güllələnib.
Oxu.Az xəbər verir ki, bu barədə “Globovision” telekanalının saytı məlumat yayıb.
Hücum zamanı daha üç nəfər yaralanıb.
Baş prokurorluq Lopesin ölümü faktını təsdiqləyib.
Cinayət araşdırılır. Cinayətin motivlərinə dair hələ heç bir fikir bildirilməyib.
N.О.
www.oxu.az