Ölkəmizdə nağd pul krediti verən banklar və onların şərtləri araşdırılıb. Bu dəfə isə bankların təklif etdiyi maksimum nağd pul kreditinin həcmi, şərtləri və həmin bankların siyahısı hazırlanıb.
Bu kreditlər istehlak kreditləri qrupuna aiddir.
Oxu.Az xəbər verir ki, banklar sizə maksimum siyahıda göstərilmiş məbləğdə kredit verə bilər:
| Bank | Məbləğ(AZN) | Müddət (Ay) | Faiz |
| CDB Bank | 30000 | 24 | 32% |
| Kapital Bank1 | 20000 | 3-36 | 29,84% |
| Beynəlxalq Bank2 | 15000 | 36 | 26-29% |
| AccessBank | 10000 | 6-24 | 29% |
| AFB Bank | 10000 | 12 | 26-30% |
| Azər Türk Bank3 | 10000 | 12-24 | 24-26% |
| Bank Avrasiya | 10000 | 12 | 27% |
| Dəmirbank | 10000 | 24 | 27-29% |
| Yapı Kredi Bank Azərbaycan | 10000 | 3-36 | 28% |
| Bank BTB | 5000 | 3-36 | 32-38% |
| Bank of Baku4 | 5000 | 6-12 | 26-32% |
| Expressbank | 5000 | 12-36 | 28-30% |
| Turanbank | 5000 | 18 | 29% |
| Unibank | 5000 | 3-24 | 30% |
| Rabitəbank | 1000 | 12 | 27% |
1. Kredit “Kapital Bank”dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.
2. “Azərbaycan Beynəlxalq Bankı”ndan əməkhaqqı və ya pensiya kartı olmalıdır.
3. Kreditgötürən əməkhaqqını “Azər Türk Bank”dan almalıdır.
4. “Bank of Baku”dan kredit almaq üçün iş yeriniz bankın partnyorlarından biri olmalıdır. İş yerinizin “Bank of Baku”nun partnyoru olub-olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.
Mənbə: Banco.az
U.A.
www.oxu.az