Filmlərə baxarkən eşitdiyimiz müxtəlif ətraf mühit səslərini sonradan pərdəarxasında qalmağı üstün tutan səs sənətçiləri tərəfindən studiyada yazılır.
Oxu.Az BoredPandaya istinadən xəbər verir ki, film səhnələrinin çəkilişi zamanı müxtəlif ayaq səsləri, ətrafdan gələn səslər, təbiət səsləri və s. bu kimi səslər sonradan bu işin ustaları tərəfindən studiyada yazılır. Belə olan halda səslər həm daha təbii, həm də daha yaxşı keyfiyyətdə alınır.
Daniel Cevel adlı rejissor pərdəarxasında qalmağı üstün tutan bu peşə sahibləri haqqında sənədli film çəkib. Səslərin əslində necə yazılmasının şahidi olacağınız həmin görüntüləri təqdim edirik:
İsmayıl Nur