Cari ilin 6 ayında kommersiya banklarının xarici öhdəliklərinin həcmi 6 milyard 800,4 milyon manat təşkil edib.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə bankların xarici öhdəliklərinin həcmi 1 271,13 milyon manat azalıb.
Ümumiyyətlə, ilin əvvəlindən bankların xarici öhdəliklərinin həcmi yüksək templə azalmaqdadır. İyunun 1-nə olan göstərici ilə müqayisədə iyul ayının 1-nə xarici öhdəliklər 28,8 milyon manat azalma nümayiş etdirib.
Ötən ilin müvafiq dövrünə nisbətdə isə bankların xarici öhdəliklərinin həcmi 174,6 milyon manat artıb.
L.Ə.