İyun ayının 14-də banklararası ticarətdə dollar yenidən bahalaşıb.
Oxu.Az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6906 manat kursu ilə başlayıb. Beləliklə, dollar manata nisbətdə 0,26% güclənib.
Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.
L.Ə.