Bu gün ölkədəki əksər banklar valyutanın alış və satış qiymətlərinə dəyişiklik edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1,6910 manata, ən sərfəli satışı 1,6930 manata bərabər olub.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “AmrahBank”, “Atabank”, “Bank of Baku”, “Bank Silk Way”, “Turanbank” və “Yapı Kredi Bank Azərbaycan” dolların alış qiymətini bahalaşdırıb:
“AmrahBank” - 1,6880 manatdan 1,6900 manatadək; “AtaBank” - 1,6800 manatdan 1,6850 manatadək; “Bank of Baku” - 1,6700 manatdan 1,6750 manatadək; “Bank Silk Way” - 1,6750 manatdan 1,6800 manatadək.
“Turanbank” - 1,6900 manatdan 1,6950 manatadək; “Yapı Kredi Bank Azərbaycan”- 1,6750 manatdan 1,6840 manatadək.
Lakin “Azər Türk Bank” əksinə, dolların alış qiymətini ucuzlaşdırıb: 1,6900 manatdan 1,6850 manatadək.
Bundan başqa, “Bank Silk Way” və “Yapı Kredi Bank Azərbaycan” ABŞ valyutasının satış qiymətinə də dəyişiklik edib:
“Bank Silk Way” 1,6920 manatdan 1,7000 manatadək bahalaşdırıb;
“Yapı Kredi Bank Azərbaycan” isə 1,7050 manatdan 1,6990 manatadək ucuzlaşdırıb.
10:39
Banklarda dollar və avronun alış-satış qiymətləri açıqlanıb.
Oxu.Az azn.az-a istinadən banklarda iyunun 13-nə olan valyuta məzənnələrini təqdim edir.
U.A.
www.oxu.az