Banklar dolların alış qiymətini qaldırıblar. Bu gün “Yapı Kredi Bank Azərbaycan” 1 dolları 1,8939 manatdan satır.
Oxu.Az-ın məlumatına görə, “Marja” bankın saytına istinadən xəbər verir ki, bu bank 1 dollara minimum 1,6795 manat alış, maksimum 1,8939 manat satış qiyməti təyin edib. Dünən “Yapı Kredi Bank Azərbaycan” 1 dolları 1,6678 manata alırdı.
Dünən 1 dolları 1,85 manata satan “Unibank” bu gün 1 dolları 1,87 manata satır. “Unibank” alışı 1,7742 manatdan 1,79 manata qaldırıb. “Ziraat Bank Azərbaycan” dolların alış qiymətinin 1,79 manatdan 1,80 manata qaldırıb.
Dünən 1 dolları 1,7742 manata alan “Kapital Bank” bu gün 1,7867 manatdan alır. Bank dolları 1,8720 manatdan satır. “AccessBank” dolların satış qiymətinin 1,8710 manatdan 1,8840 manata qaldırıb.
Dünən 1 dolları 1,7867 manatdan alan “TuranBank” bu gün 1 dolları 1,77 manatdan alır. “Azərbaycan Sənaye Bank”ı dolları ən yüksək qiymətə alan bankdır. Bu bank 1 dolları 1,82 manatdan alır, 1,87 manata satır.
Dolları ən aşağı qiymətə satan “Caspian Development Bank”dır (CDB Bank). Bank 1 dollara 1,8580 manat satış qiyməti təyin edib.
U.A.
www.oxu.az