Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti ilə keçirilən valyuta hərracı artıq yekunlaşıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu gün hərraca 40 milyon dollar çıxarılıb.
Hərraca çıxarılan vəsaitin məbləği yüksək olmasa da, artıq bankların valyuta bazarına təsir edib. Belə ki, hərracdan dərhal sonra ölkənin ən iri bankları dolların satış kursunu aşağı salıblar.
Məsələn, “Kapital Bank” səhər saatlarında dolları 1,89 ilə satırdısa, hazırda 1,8690-a satırdı. “Unibank” səhər saatlarında satış kursunu 1,87 təyin etdiyi halda, hərracdan sonra 1,86-a salıb.
U.A.
www.oxu.az