Azərbaycanda fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi aktivləri 30 milyard 419,2 milyon manat, cəmi öhdəlikləri 27 milyard 772,7 milyon manat təşkil edib.
Bu barədə Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Sektorun balans kapitalı 2 milyard 646,6 milyon manatdır. Əhalinin əmanətləri 7 milyard 84,3 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 563, şöbələrinin sayı 135, ATM-lərin sayı 2 min 462-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 min 662 nəfər təşkil edir.

U.A.
www.oxu.az