Azərbaycanda islam bankının yaradılması ilə bağlı rəsmi bir qərar yoxdur.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, bu mövzuda söhbətlər çoxdan gedir.
“Mən də bu söhblətlərlə tanışam. Lakin bu gün rəsmi səviyyədə belə bir qərar yoxdur. Bildiyiniz kimi, bizim bank qanunvericiliyi də tam şəkildə başqa bir formada qurulub. Bu (Azərbaycanda islam bankçılığının tətbiqi – red.) hələ ki, niyyətlərdən başqa bir şey deyil”, - deyə, E.Rüstəmov bildirib.
Nigar Orucova
www.oxu.az