“Azərbaycan Beynəlxalq Bankı” ASC Rusiya və Gürcüstandakı törəmə banklarını satmağı planlaşdırır.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, 20 İyun 2017-ci il tarixində Bankın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
Həmin yğıncaqda Beynəlxalq Bankın “ABB-Moskva” və “ABB-Gürcüstan"ın nizamnamə kapitalında olan paylarının satılması məsələsi də müzakirə olunacaqdır.
Beynəlxalq Bankın “ABB Moskva”da payı 100%, "ABB Gürcüstan"da isə 75%-dir.
Qeyd edək ki, bir müddət əvvəl "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB), xarici öhdəliklərinin restrukturizasiyası prosesinin törəmə müəssisələri olan "ABB-Moskva" və "ABB-Gürcüstan"nın fəaliyyətinə aid olmayacağını açıqlamışdı.
L.Ə.